Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevi təbrik edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
may
2025
16:50
0
0
1 210
ff aaaaaaa

Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevi təbrik edib

23 may, 2025
16:50
1 210

Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sizinxeber.az xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, Sizə öz ehtiramımı ifadə edim və 28 May - Müstəqillik Günü münasibətilə təbriklərimi çatdırım.

Bu bayram Azərbaycan Respublikasının öz ölkəsini sevən, onun tarixini və ənənələrini əziz tutan, daha gözəl gələcək naminə çalışan bütün sakinlərini birləşdirir.

Bu əlamətdar gündə Sizə və Azərbaycanın bütün vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və doğma ölkənin rifahı naminə quruculuq fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Azərbaycan Respublikası qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə həmişə Rusiya Federasiyasının strateji tərəfdaşı olub və belə olaraq qalır.

Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında yaranmış dostluq əlaqələrini yüksək qiymətləndirirəm və regionumuzla çoxplanlı qarşılıqlı faydalı təmasların möhkəmləndirilməsinə verdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul