Xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları və rəislərinin təyinatı qaydası müəyyənləşib
sizinxeber.az xəbər saytı

Xüsusi təyinatlı təhsil müəssisələrinin rektorları və rəislərinin təyinatı qaydası müəyyənləşib


Milli Müdafiə Universitetinin rektorunun müavinləri, habelə Universitetin tabeliyindəki Hərbi Elmi Tədqiqat İnstitutunun, Hərbi İdarəetmə İnstitutunun, Heydər Əliyev adına Hərbi İnstitutun rektorları və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi Azərbaycan Respublikası müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcək.

Sizinxeber.az-nın xəbərinə görə, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin, Naxçıvan Hərbi Kollecinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Heydər Əliyev adına Hərbi Liseyin rəisləri isə Universitet rektorunun təqdimatına əsasən Azərbaycan Respublikasının müdafiə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad ediləcək.

Oxşar xəbərlər

Xüsusi təyinatlı təhsil müəssisələrin rektorları və rəislərinin təyinatı qaydası müəyyənləşib
Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısına dəyişiklik edilib
Bakıda Azərbaycan və Çin hərbi təhsil ekspertlərinin görüşü keçirilib
Baş Qərargah rəisi HHQ hərbi hissələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər