Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
APA xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında bu yaxınlarda əldə edilmiş razılaşma münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Sülhü nifaqdan üstün tutmaq cəsarəti təqdirəlayiqdir və bu, Sizin regionun firavanlığına və sabitliyinə olan sadiqliyinizi yüksək səviyyədə nümayiş etdirir. Bu əhəmiyyətli hadisə təkcə münasibətlərin normallaşması istiqamətində mühüm addım deyil, həm də dünyada sülhə zəmin yaradan daha sabit və harmoniyanın mövcud olduğu region vəd edir.
Çətinliklərə baxmayaraq, dialoqa və diplomatiyaya sadiqliyiniz qətiyyətli liderliyinizin göstəricisidir. İmzalanmış bəyannamə hər iki ölkənin vətəndaşlarına ümid verməklə yanaşı, qlobal miqyasda münaqişələrin həlli üçün müsbət nümunədir. Bu sənəd Azərbaycan və Ermənistan vətəndaşlarının rifahına təsir edən mühüm məsələlərin həllində səmərəli əməkdaşlığa gətirib çıxara bilər.
Hesab edirəm ki, Ümumdünya Səhiyyə Təşkilatı ilə tərəfdaşlığın gücləndirilməsi Azərbaycanın qlobal səhiyyədə liderlik rolunu artıra bilər. Yoluxucu və qeyri-infeksion xəstəliklərin müalicəsi, ana və uşaq sağlamlığının yaxşılaşdırılması kimi ümumi sağlamlıq məsələlərinə yönələn birgə səylər təkcə Azərbaycan üçün deyil, həm də daha geniş beynəlxalq ictimaiyyət üçün müsbət nəticələr verə bilər.
Bu əlamətdar nailiyyət münasibətilə Sizi bir daha təbrik edirəm. Sülh və sabitliyə doğru gedən yolda Sizə davamlı uğurlar arzulayıram. Qlobal sağlamlığın qorunması istiqamətində Sizinlə yaxından işləməyi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Oxşar xəbərlər
ÜST-nin Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevi təbrik edib
İƏT-in Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Jelka Tsviyanoviç Prezident İlham Əliyevə təbrik ünvanlayıb
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevi təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Prezident: "Dövlət xidmətləri "mygov" üzərindən həyata keçirilməlidir"
-
Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib
-
İlham Əliyev: "Bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir"
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb












