Prezident: Bu gün Avropanın daha çox Azərbaycan qazına ehtiyacı var
"Bu gün Avropanın daha çox Azərbaycan qazına ehtiyacı var".
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev 3-cü Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycan bu həcmi artırmağa hazırdır. Prezidentin sözlərinə görə, 2021-ci ildə bu rəqəm 8 milyard kubmetr idi, bu gün isə 13 milyard kubmetrdir: "Bu, bizim ümumi hasilatımızın və ixracımızın yarısıdır. Əlavə həcmlər üçün isə Avropa institutları ilə bağlı yenidən praqmatik yanaşma olmalıdır".
Prezident deyib ki, bu gün Cənub Qaz Dəhlizi maksimal həcmdə fəaliyyət göstərir: "Yeni məkanlar üçün biz interkonnektorlardan istifadə edirik. Ancaq əsas boru kəməri tam həcmdə doludur. Genişlənmə üçün bizim əlavə maliyyə vəsaitinə ehtiyac var. Ona görə Avropa maliyyə institutları bunu nəzərə almalıdırlar və siyasətlərində dəyişiklik etməlidirlər ki, biz əlavə vəsait cəlb edə bilək. Bu şəraitdə bu gün bizim üçün artıq başa çatmış bir məsələ olan mövzu yenidən inkişaf etdirilə bilər”.
Oxşar xəbərlər
Prezident: Avropa Azərbaycan qazına ehtiyac duyur
Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir
"Uniper" şirkəti Azərbaycan qazının alışını artıra bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
