

Qərbi Azərbaycan Xronikası: İran ermənilərinin yerləşdirildiyi türk yurdu
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də “İran ermənilərinin yerləşdirildiyi türk yurdu” adlı süjet hazırlanıb.
“Sizinxeber.az” xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Ağbaş, Aşağı Ağdan, Aşağı Ağ Körpü, Aşağı Ağcaqala toponimi haqqında söz açılır.
Bildirilir ki, Azərbaycan türklərinin tarixi-etnik torpaqlarındakı izlərini silmək üçün ermənilər daim əməliyyatlar keçirib, oğuz-türk adlarını müxtəlif bəhanələrlə özününküləşdirib.
Vurğulanır ki, bu toponimlərin erməni tarix kitablarında hayların uydurduğu kimi yazılsa da, reallıqda oğuz-qıpçaq tayfalarına məxsusluğu danılmaz faktdır: “Əminik ki, Qərbi azərbaycanlıların doğma yurda qayıdışı erməni uydurmalarının üstündən birdəfəlik xətt çəkəcək”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Padar türk tayfasının saldığı yaşayış məskəni
Qərbi Azərbaycan Xronikası: Ermənistan Prezidentinin saxta addəyişmə qərarı
Qərbi Azərbaycan Xronikası: Basarkeçərdə yerləşən dağ necə erməniləşdirildi?
Qərbi Azərbaycan Xronikası: Azərbaycanlı əhalisi erməni kimi göstərilən kənd
Qərbi Azərbaycan Xronikası: Azərbaycanlılarla yanaşı, yunanlar və ermənilərin yaşadığı Allahverdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
