Prezidentin köməkçisi: Beş il əvvəl Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz xəyal kimi qəbul oluna bilərdi
Beş il əvvəl Ağdamdan Bakıya sürət qatarı ilə gedəcəyimiz xəyal kimi qəbul oluna bilərdi.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də yazıb.
"Beş il əvvəl kiməsə desəydim ki, bir gün Ağdamdan Bakıya sürətli qatarla gedəcəyik, bu, xəyal, fantaziya, hətta əfsanə kimi qəbul oluna bilərdi. Ancaq bu gün bu görüntü reallığa çevrilib. Biz işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üzrə Əlaqələndirmə Qərargahının üzvləri ilə birlikdə işğaldan azad edilmiş torpaqlarımızda dirçəliş və tərəqqinin qüdrətli simvolu olan Ağdam-Bakı sürət qatarı ilə paytaxta qayıdırıq", - Prezidentin köməkçisi qeyd edib.
Xatırladaq ki, mayın 23-də Ağdam şəhərində Prezident Administrasiyası və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Qərargahın növbəti iclası keçirilib.
Oxşar xəbərlər
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində may ayı üçün qəbul cədvəli açıqlanıb
Prezidentin köməkçisi: Azərbaycanda USAID-in fəaliyyətinə yer yoxdur
Türkiyə səfiri Hikmət Hacıyevlə görüşüb
PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabrda vətəndaşların qəbulu cədvəli AÇIQLANDI - SİYAHI
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində yanvar üçün qəbul cədvəli açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













