Cəbrayıl sakini: “Bu sevinci bizə yaşadan Prezidentimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq
Bu günün sevincini bizə yaşadan Prezidentimizə, şəhidlərimizə, qazilərimizə borcluyuq.
“Report” xəbər verir ki, bunu Cəbrayıla qayıdan keçmiş məcburi köçkün Şərqiyyə Abbasova deyib.
“Allah bundan sonra bizə pis gün göstərməsin. Hamımız xalq olaraq sıx bırləşmişik. Bundan sonra daha heç bir qüvvə bizə təsir edə bilməz.
Bu günümüz tariximizə qızıl hərflərlə yazıldı. Həmişə üzümüz gülsün. Sevincimin hədd-hüdudu yoxdur”.
O, gənclik illərininin Cəbrayılda keçdiyini deyib:
“Gəncliyim Cəbrayılda keçib, indi yaşlaşmışam. Təəssüf ki, ömrümüzün ən gözəl çağlarını düşmən əlimizdən aldı.
Cəbrayılı tərk edəndə 33 yaşım vardı. Həyat yoldaşım 40 yaşında rəhmətə getdi. Dörd övladımla qaldım. İndi Cəbrayıla övladlarımla, nəvələrimlə qayıdıram.
Allah bu sevinci digər keçmiş məcburi köçkünlərimizə də yaşatsın. Bu günümüzə şükür olsun”.
Oxşar xəbərlər
Keçmiş məcburi köçkün: Valideynlərimlə çıxdığım Cəbrayıla indi övladlarımla qayıdıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elçin Misirxanov: Cəbrayılı 14 yaşımda tərk etdim, 4 övladımla qayıdıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş məcburi köçkün: Valideynlərimlə çıxdığım Cəbrayıla övladlarımla qayıdıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şuşa sakini: 32 ildən sonra yurdumuza qayıtmağımıza sevinirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş məcburi köçkün: “Arzu edirəm, övladımı Füzulidə evləndirim” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












