Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib - FOTO
Martın 18-də - İlaxır çərşənbəsi günündə Heydər Əliyev Fondunun dəstəyi ilə qəhrəman şəhidlərimizin övladları üçün Novruz şənliyi keçirilib.
Sizinxeber.az xəbər verir ki, Bakıdan, Heydər Əliyev Mərkəzinin qarşısından xüsusi ayrılmış avtobuslarla Qubaya yola düşən uşaqlar burada onlar üçün təşkil olunan bayram süfrəsi ətrafında maraqlı bir gün keçiriblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bayram şənliyində şəhid övladları ilə birgə olub.
Azyaşlılar və yeniyetmələr müxtəlif oyunlar və müsabiqələr vasitəsilə bacarıq və qabiliyyətlərini nümayiş etdirib, DJ-lərin, animatorların iştirakı ilə təqdim olunan müxtəlif əyləncə və şou-proqramlara qatılıb, rəqs edib, oyunlarda iştirak ediblər.
Bayram şənliyinin sonunda doğum günü olan uşaqlarla birgə tort kəsilib və tədbir iştirakçılarına Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan uşaqları, həmçinin şəhidlərimizin bizə əmanəti olan övladlarını hər zaman diqqətdə saxlayır. Fond bu kateqoriyadan olan uşaqlar üçün mütəmadi tədbirlər keçirir, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daim layihələr reallaşdırır.
Oxşar xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fondunun uşaqlar üçün təşkil etdiyi şənlikdə iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Bakıda abad məhəllələrdə Novruz şənlikləri davam edir - FOTO
Arzu Əliyeva şəhid anaları ilə birgə iftar məclisində iştirak edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
