Qərbi Azərbaycan Xronikası: Çar Rusiyası erməniləri məqsədli şəkildə mühüm vəzifələrə təyin edirdi
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
"Sizinxeber.az" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Tətbiqi Tədqiqatlar Fondunun sədri, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Əliyev olub.
O, Qərbi Azərbaycandakı tarixi-mədəni abidələrimizdən söhbət açıb. Bildirib ki, zaman-zaman ermənilər bu tarixi irsi saxtalaşdırmağa, özününküləşdirməyə, bir çox hallarda isə məhv edərək yer üzündən silməyə çalışıblar. Bu çərçivədə qədim Albaniya dövlətinə məxsus xristian məbədləri ciddi saxtakarlığa məruz qalıb. Erməni keşişləri həmin kilsələrə sahibləniblər. Lakin buna baxmayaraq, Qərbi Azərbaycanın hər yerində tariximizin, irsimizin, mədəniyyətimizin nəfəsi duyulur.
Tarixçi-alim deyib ki, 1813-cü ilin “Gülüstan”, 1828-ci ilin “Türkmənçay” müqavilələrindən sonra ermənilər kütləvi şəkildə Cənubi Qafqaza, xüsusən də Qərbi Azərbaycan ərazilərinə köçürülüblər. O dövrlərdə imperialist dövlətlər ermənilərdən vasitə kimi istifadə edib. Məhz onlardan maşa kimi yararlanaraq Türk dünyasını parçalayıblar. Bu xidmətlərin müqabilində Çar Rusiyası məqsədli şəkildə erməniləri mühüm vəzifələrə təyin edib, onların daha geniş qol-qanad açmasına şərait yaradıb. Bu isə ötən əsrin əvvəlində azərbaycanlılara qarşı soyqırımı və deportasiyaların törədilməsinə səbəb olub.
Bir insan üçün vətəndən didərgin düşməyin ən böyük faciə olduğunu diqqətə çatdıran İ.Əliyev 1948-1953, 1988-1991-ci illərdə soydaşlarımızın ata-baba yurdundan zorla köçürüldüyünü vurğulayıb. Qeyd edib ki, qaçqına çevrilən, dünyasını dəyişən, qətlə yetirilən azərbaycanlıların evlərində xaricdən gətirilən ermənilər məskunlaşdırılıb.
Tarixçi-alim söyləyib ki, sovet hakimiyyəti illərində tarixi Azərbaycan torpaqları qanunsuz olaraq Ermənistana verilib. Qərbi Azərbaycana sülh yolu ilə qayıdışın vacibliyinə toxunan İ.Əliyev deyib ki, bölgədə əbədi sülhün bərqərar olması üçün ümumi Qafqaz evi ideyası dəstəklənməlidir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: “Çar Rusiyası erməniləri məqsədli şəkildə mühüm vəzifələrə təyin edirdi” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan Xronikası: Qorbaçova arxalanan ermənilər azərbaycanlıları sıxışdırıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan Xronikası: Eçmiədzin 1920-ci ilə qədər udiləri erməniləşdirmək siyasəti apardı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan Xronikası: Qədim xristian Udi-Alban icması ermənilər üçün bəladır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İcma sədri: “Qərbi azərbaycanlılara verilən şəxsiyyət vəsiqələrində şəhər və rayonların tarixi adları yazılır" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












