Qərbi Azərbaycan Xronikası: Eçmiədzin 1920-ci ilə qədər udiləri erməniləşdirmək siyasəti apardı
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Bu gün Qarabağ erməniləri kimi tanınanlar erməniləşdirilmiş albanlardır” adlı veriliş efirə gedib.
“Sizinxeber.az” xəbər verir ki, verilişdə Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili XIX əsrdə Qafqaza gələn ermənilərin boş kilsələrin hamısını erməniləşdirməsindən söz açıb.
O bildirib ki, ermənilər Qafqazda 200 ildən çox yaşayıblar və müasir kilsələr tiksələr də, alban kilsəsinin üstündə elementləri dəyişdirib, erməni kilsəsinə çeviriblər. Ermənilərin böyük xaçkar fırıldağının üstü açılıb.
Onun sözlərinə görə, bütün dini qurultaylarda Alban kilsəsinin patriarxı iştirak edirdi: “XIX əsrdə Qafqaza gələn ermənilər boş kilsələrin hamısını erməniləşdirdilər. 1836-cı ildə Qədim Alban irsi erməni kilsəsinin tabeliyinə verildi. Bu gün Qarabağ erməniləri kimi tanınan şəxslər erməniləşdirilmiş albanlardır”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: Qədim xristian Udi-Alban icması ermənilər üçün bəladır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xronika: Qərbi Azərbaycanda dağıdılan və erməniləşdirilən abidələr [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan Xronikası: “Qırğızıstanda böyük Alban izi” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qərbi Azərbaycan Xronikası: Qıpçaqvəng kompleksində abidələri dağıdıb, erməni kilsəsinə çeviriblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müqəddəs Taxt-Tacın rəsmi nəşrində Qafqaz Albaniyası abidələrinin tarixi işıqlandırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












