Məntəqə sədri: Səsvermə prosesində hər hansı xoşagəlməz hal yaşanmayıb
Səsvermə prosesində hər hansı xoşagəlməz hal yaşanmayıb.
Bunu “Report”a açıqlamasında Yasamal rayonu 17 saylı seçki dairəsinin 12 saylı seçki məntəqəsinin sədri Bəsti Ağayevə bildirib.
O qeyd edib ki, bu məntəqədə seçicilərin sayı 1309 nəfərdir:
“Burada 37 namizəd üçün səs verilir, yəni bülletendə 37 namizədin adı var. Ancaq yalnız 19 nəfər seçiləcək. Müşahidəçilərin sayı isə səkkiz nəfərdir. Namizədlər arasında Yeni Azərbaycan Partiyasına üzv olanlarla yanaşı, bitərəf olanlar da var. Bu saata qədər təxminən 30 nəfər səs verib. Əsasən, saat 10-dan sonra seçicilərin aktivliyinin müşahidə ediləcəyi gözlənilir”.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir.
Səsvermə prosesi saat 19:00-a qədər davam edəcək.
Seçkilərdə 685 bələdiyyəyə 8 min 71 üzvlük üçün 16 min 92 namizəd mübarizə aparır. Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Oxşar xəbərlər
35 saylı seçki məntəqəsinin sədri: Seçkilər şəffaf formada davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ombudsman bələdiyyə seçkilərində səs verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aran zonasında səsvermə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə məntəqə sədri: Səhər saatlarından seçici fəallığı var [xfgiven_updateblue][/xfgiven_updateblue]
7 saylı Səbail seçki dairəsinin məntəqə sədri: 50-yə yaxın seçici səs verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












