Elçin Misirxanov: Cəbrayılı 14 yaşımda tərk etdim, 4 övladımla qayıdıram
Doğma yurda qayıtmaq başqa təəssüratdır. Cəbrayıldan məcburi köçkün düşəndə 14 yaşım vardı. Allaha şükür olsun. İndi Cəbayıla 4 övladımla qayıdıram.
“Report” xəbər verir ki, bu sözləri Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Elçin Misirxanov deyib.
“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Uca tanrı bütün hərbçilərimizi qorusun. Artıq Cəbrayılda ixtisasıma uyğun iş təklifləri də olub.
Məncə insanın ən gözəl günləri uşaqlıq illərində keçir. Ən gözəl günlərimi Cəbrayılda yaşamışam. Bəlkə də müəllimlərimin çoxu, bəzi sinif yoldaşlarım rəhmətə gedib. Bu barədə Cəbrayılda biləcəm.
Bütün bunlar başqa təəssüratlardır. Bunu dillə ifadə etmək olmur. Bu günümüzə çox şükür olsun”, - o deyib.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı bu gün yola salınıb. Cəbrayıla 49 ailə (253 nəfər) köçürülüb. Beləliklə, şəhərə köçürülən ailələrin ümumi sayı 287-yə ( 1 169 nəfər) çatıb.
Doğma yurda qayıdan Cəbrayıl sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Oxşar xəbərlər
Keçmiş məcburi köçkün: Cəbrayıla qayıtmaq bu gün qismət oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəbrayıl sakini: Yurda qayıtmaq çox gözəl hissdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş məcburi köçkün: Valideynlərimlə çıxdığım Cəbrayıla indi övladlarımla qayıdıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş məcburi köçkün: 32 yaşımda çıxarıldığım doğma Şuşama 64 yaşımda qayıdıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cəbrayıl sakini: "Ən böyük arzumuz bu gün çin olur" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












