Robert Mobili: “COP29 Azərbaycan üçün möhtəşəm tədbirdir”
sizinxeber.az xəbər saytı

Robert Mobili: “COP29 Azərbaycan üçün möhtəşəm tədbirdir”


BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) həm Azərbaycan, həm də dünya üçün ən böyük tədbirlərdən biridir.

"Report" xəbər verir ki, bunu Alban-Udi xristian dini icmasının sədri Robert Mobili COP29 tədbiri zamanı jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, COP29 dünyada keçirilən ən böyük tədbirlərdən biridir: “Burada iştirak edən qonaqların sayı da bunun göstəricisidir. Əlbəttə ki, bu tədbir “yaşıl dünya”nın qorunmasına istiqamətlənib. COP29-un əsas məqsədi insanların təbiətə ziyan vurmasının qarşısını almaqdır. İnsanlar təkcə ağac əkməli deyil, həm də təbiəti qorumalıdır. Burada həm geoloji, həm biloji, həm də coğrafi amillər mühüm rol oynayır".

R.Mobili vurğulayıb ki, COP29 Azərbaycan üçün möhtəşəm tədbirdir: “Buraya gələn qonaqlar Azərbaycan həqiqətləri ilə də tanış olurlar. Onlar həmçinin Qarabağa, işğaldan azad edilmiş ərazilərə baş çəkəcəklər. Həmin ərazilərdəki vəziyyətlə tanış olacaqlar. Bizim məqsədlərimizdən biri də budur. Azərbaycanın inkişafını, onun yaratdığı infrastrukturu hər bir qonaq görməlidir".

O qeyd edib ki, Ermənistanın işğalı dövründə Qarabağda islam irsi silinib: “Bundan başqa, həmin ərazilərdə alban, alban kilsəsi ilə bağlı izlər də yox edilib. Ermənistanın işğal dövründə "bərpa etdiyi" abidələr isə saxtalaşdırılıb. Azərbaycan bu kilsələrin, abidələrin hər birini bərpa edəcək".

Oxşar xəbərlər

Elvin Əşrəfzadə: İnklüzivlik COP29 sədrliyinin mühüm prinsiplərindən biridir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Prezidenti: "COP29 beynəlxalq konfransını yüksək səviyyədə keçirəcəyik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məcnun Məmmədov: “COP29-dakı iqlim müzakirələri aqrar sektora dəstək verəcək” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avstriyalı analitik: COP29 təkcə iqlim dəyişmələri paktının bir parçası deyil, həm də iqtisadi məsələdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peter Mixalko: "COP29 planetimizin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər