sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
71 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə 147 nəfər ilk dəfə səs verəcək
71 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə 147 nəfər 29 yanvar tarixində keçiriləcək bələdiyyə seçkilərdə ilk dəfə səs verəcək.
Bu barədə "Report"un Muğan bürosuna sözügedən dairənin seçki komissiyasının sədri İsa Allahverdiyev məlumat verib.
Sədr qeyd edib ki, onlardan 74 nəfəri kişi, 73 nəfəri isə qadındır. 1 nəfər seçicinin isə seçki günü - 29 yanvar tarixində 18 yaşı tamam olacaq.
Qeyd edək ki, 71 saylı Cəlilabad şəhər seçki dairəsində 210 namizəd qeydə alınıb. 50 048 seçicisi olan Seçki dairəsinin hüdudları daxilində 52 seçki məntəqəsi texniki cəhətdən tam hazırlıq vəziyyətinə gətirilib, elektrik generatorları işlək vəziyyətdədir. 14 məntəqədə veb kameralar quraşdırılıb.
Oxşar xəbərlər
71 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə 345 nəfər ilk dəfə səs verəcək
72 saylı Cəlilabad kənd seçki dairəsi üzrə yaşı 100-dən yuxarı olan 1 nəfər səs verəcək
72 saylı Cəlilabad kənd seçki dairəsi üzrə 569 nəfər ilk dəfə səs verəcək
69 saylı Biləsuvar seçki dairəsi üzrə 410 nəfər ilk dəfə səs verəcək
71 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə yaşı 100-dən yuxarı 2 seçici var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













