Əziz Ələkbərli: Qərbi Azərbaycana qayıdış bizim bütün beynəlxalq sənədlərdə təsbit olunan təməl hüququmuzdur
- 10-01-2025, 13:30
- Siyasət / Daxili siyasət
- 0
- 1 543
Ermənistan törətdiyi vandallıqları bəlkə də, ABŞ-dən aldıqları vəsait hesabına edib.
Bu fikirləri "Sizinxeber.az"a müsahibəsində Qərbi Azərbaycan İcmasının sədri, deputat Əziz Ələkbərli deyib.
Onun sözlərinə görə, Fransa, ABŞ kimi dövlətlər 30 il ərzində Azərbaycana və xalqına qarşı edə bildikləri qədər düşmənçilik ediblər:
"Bu düşmənçiliyin nəticəsi nə oldu? Azərbaycan onların bütün cəhdlərinə rəğmən öz gücü ilə suveren ərazilərini işğaldan azad etdi, üstəlik, bölgədə 200 illik erməni strategiyasını darmadağın elədi. Bu məsələdə bizə mane ola bilməyənlər bundan sonra da heç bir məsələdə mane ola bilməyəcəklər. Xüsusilə Qərbi Azərbaycana qayıdış məsələsində. Qərbi Azərbaycana qayıdış bizim bütün beynəlxalq sənədlərdə təsbit olunan təməl hüququmuzdur və bu qayıdış olacaq!"
Deputat bu yaxınlarda ABŞ-nin Bakıdakı səfirliyinin Ermənistanda Azərbaycan xalqının mədəni irsinin qorunması ilə bağlı ölkəsinin mümkün addımlarına dair suallardan yayınmasına təəccüblənmədiyini vurğulayıb:
"Burada təəccüblü heç nə görmürəm, əksinə, ABŞ-nin Bakıdakı səfirliyi Ermənistanda Azərbaycan xalqının mədəni irsinin qorunması ilə bağlı mümkün addımlarına dair suallardan yayınmasa idi, bu, təəccüb doğurardı. ABŞ-nin Bakıdakı səfirliyi durub nə desin? Desin ki, Azərbaycana qarşı Ermənistanın işğalçılıq siyasətini pisləmək əvəzinə, 30 il dəstəkləyiblər, ya çıxıb desin ki, Ermənistanda Azərbaycan xalqının mədəni irsinin dağıdılması prosesi dünyanın gözü qarşısında baş versə də, onlar buna göz yumublar. Hətta Ermənistan bu vandallıqları bəlkə də, onlardan aldıqları vəsait hesabına ediblər. Bunu etiraf edə bilmirlər axı! Ona görə də suallardan yayınırlar, buna məcburdurlar".
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.


width="220" alt="İcma sədri: Qərbi Azərbaycana qayıdışla bağlı erməniləri şok sürprizlər gözləyir - MÜSAHİBƏ" />
width="220" alt="Əziz Ələkbərli: Prezident İlham Əliyevin haqq işimizə verdiyi yüksək dəyər İcmamızın hər bir üzvü üçün güclü motivasiya mənbəyidir" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />