Təyyarə qəzasında həlak olan növbəti 24 nəfərin nəşi bu gün Bakıya gətirilir
AZAL-ın “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün və 21 sərnişinin cənazəsi Bakıya gətirilir.
“Report”un məlumatına görə, cənazələr yaxın vaxtlarda Bakıya təyyarə ilə çatacaq.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.
Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.
Oxşar xəbərlər
Təyyarə qəzasında vəfat edən “Gənclik” futbol klubunun üzvü ilə vida mərasimi keçirilib
Təyyarə qəzasında həlak olan Qoşqarın babası: Rusiyaya işləmək üçün gedirdi
Təyyarə qəzasında həlak olan Qoşqarın babası: Dövlətimizə təşkilatçılığa görə təşəkkür edirəm
AZAL Rusiyanın bir sıra şəhərlərinə uçuşları davam etdirəcək
Təyyarə qəzasında ölən digər 22 nəfərin meyiti zəruri tədbirlər bitdikdən sonra Azərbaycana gətiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













