

“Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib.
"Sizinxeber.az"un məlumatına görə, konfransın təşkilində məqsəd bələdiyyələrdə komissiyaların işinin təşkili, ailələrdə gender münasibətlərinin formalaşdırılması, gender əsaslı zorakılığın qarşısının alınması, bu sahədə mövcud vəziyyətin təhlili və fikir mübadiləsinin aparılmasıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, komissiyaların işinin asanlaşması və əhalinin düzgün məlumatlandırılması üçün əlçatanlığı təmin etmək lazımdır:
"Sosialyonlü qanunlar cəmiyyətə xidmət etmək üçün qəbul edilir. Bizim əsas məqsədimiz həmin qanunların mahiyyətini tədbirlər, konfranslar təşkil edərək insanlara çatdırmaqdır".
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva vətəndaşlara göstərilən xidmətlərdən danışıb:
"Son 11 ayda 10 bələdiyyədə 64 ailənin ailə-məişət məsələsi müzakirə olunub. Həmin məsələlərə təhsildən yayınma, vətəndaş hüququnun bərpası, tövsiyə xarakterli danışıqlar aiddir".
Gəncə şəhəri Nizami Bələdiyyəsinin sədr müavini, Gender Komissiyasının sədri Leyla Məmmədova isə gender mövzusunda göstərilə biləcək xidmətlərdən bəhs edib.
"Gəncə şəhərində məişət zorakılığına məruz qalan 16 gənc xanıma ödənişsiz şəkildə həkim və psixoloq dəstəyi göstərilib, bağçalarda fəaliyyət göstərən rəhbər şəxslərlə təlimlər keçirilib. Lakin bu fəaliyyətlərin davamlı olması çox önəmlidir. Maliyyə və güc baxımından dəstək lazımdır", - deyə o əlavə edib.
Konfrans mövzu ətrafında müzakirələrlə davam edib.
Oxşar xəbərlər
Nazirliyin nümayəndəsi: Bələdiyyələrdə yaradılan gender komissiyalarının çoxu formal xarakter daşıyır
İcraçı direktor: Hazırda bələdiyyə komissiyalarında qadınların say nisbəti 39 faizə yaxındır
BMT nümayəndəliyi COP29 çərçivəsində iqlim mütəxəssislərini Azərbaycana dəvət edəcək
Zorakılığın Qarşısının Alınması üzrə Milli Mərkəzin yaradılması təklif edilir
Komitə sədri: Gender bərabərliyi davamlı və ədalətli iqlim gələcəyi üçün vacib şərtdir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
