Azərbaycan Prezidenti: Xalqımız ədalətsizliklə heç vaxt barışmayıb
sizinxeber.az xəbər saytı

Azərbaycan Prezidenti: Xalqımız ədalətsizliklə heç vaxt barışmayıb


Azərbaycan xalqı ədalətsizliklə heç vaxt barışmayıb, haqq səsini dünyaya çatdırmağa çalışıb.

"Sizinxeber.az" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyevin “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində ifadə edib.

Dövlət başçısı əlavə edib ki, 2020-ci ildə Azərbaycanın şanlı Qələbəsi ilə bitən Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı. Azərbaycanın bu ədalətli savaşı beynəlxalq hüququn aliliyinin təntənəsi və qlobal miqyasda məcburi köçürülmə probleminin həllinə verilmiş böyük bir töhfədir. İşğaldan azad edilmiş ərazilərdə hazırda “Böyük Qayıdışa dair Dövlət Proqramı” uğurla icra edilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti Ermənistanın iki ölkə arasında dayanıqlı sülhün əldə olunmasını əngəlləyən addımlarını açıqlayıb
Prezident Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət edib
Prezident: Ermənistan Qərbi azərbaycanlıların hüquqlarının bərpası istiqamətində addımlar atmalıdır
İlham Əliyev: Ermənistanın sürətlə silahlanması dayanıqlı sülhün əldə olunmasını əngəlləyir
Əziz Ələkbərli: İcma yurdlarına qayıtmaq istəyən yüzminlərlə azərbaycanlının hüququ uğrunda mübarizə aparır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle