MSK sədri qadınları və gəncləri bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıb
Azərbaycan ictimaiyyətini bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırırıq.
Sizinxeber.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, vətəndaşlarımız bələdiyyə seçkilərinə ciddi yanaşsınlar: “Namizədliklərini irəli sürmək istəyən vətəndaşlarımız namizəd kimi, səs vermək istəyən vətəndaşlarımız seçici kimi səsvermənin keçirilməsini çox fəal həyata keçirsinlər. Çox arzu edərdik ki, gənclər və qadınlar bu seçkilərdə namizəd kimi iştirak etsinlər. Nə qədər xanım bələdiyyə üzvü olsa, o bələdiyyələr daha yüksək səviyyədə olar. Azərbaycan xanımlarının seçkili orqanlarda sayının üstünlük təşkil etməsi bizim çoxdankı gözləntimizdir. Ötən parlament seçkilərində əvvəlki seçkilərlə müqayisədə xeyli sayda qadınlar seçildi. Qadınları və gəncləri həm də seçici kimi fəal iştirak etməyə çağırıram”.
Oxşar xəbərlər
MSK sədri siyasi partiyaları bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıb
MSK sədri: Bələdiyyə seçkilərini yanvarın 25-dən sonra keçirmək daha məqsəduyğundur
MSK sədri ATƏT/DTİHB-yə təşəkkür edib
Bələdiyyə seçkilərinə fevralın 23-dək yekun vurulacaq
Naxçıvan Ali Məclisinə seçkilərə start verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












