Zəfər Günü ilə bağlı bu gecədən bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
sizinxeber.az xəbər saytı

Zəfər Günü ilə bağlı bu gecədən bəzi yollarda hərəkət məhdudlaşdırılacaq


8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq bu gün saat 00:00-dan etibarən Neftçilər, eləcə də 8 Noyabr prospektindən Ağ Şəhər Bulvarı istiqamətinə gedən yollarda tədbir bitənədək nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Qeyd edilib ki, hərəkətin məhdudlaşdırılması “Zəfər” abidəsini ziyarət edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.

"Sürücülərdən qeyd edilən istiqamətlərdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətləri nəzərə almaları xahiş olunur", - deyə məlumatda vurğulanıb.

Oxşar xəbərlər

Yol polisi bəzi yollarda aparılacaq monitorinqlərlə bağlı sürücülərə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının 8 Noyabr prospektində hərəkəti tam məhdudlaşdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının 8 Noyabr prospektində hərəkət tam məhdudlaşdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yol polisi COP29 tədbirinə hazırlıq məqsədi ilə bağlanacaq yollarla bağlı sürücülərə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP Bakının bəzi yollarında hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər