Siyavuş Novruzov: Azərbaycanda hüquq üzrə cəmi yeddi fəlsəfə doktorunun yaşı 50-dən azdır
Azərbaycanda hüquq üzrə cəmi yeddi fəlsəfə doktorunun yaşı 50-dən azdır.
“Sizinxeber.az” xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
O qeyd edib ki, həmin şəxslərin bundan sonra prokurorluq orqanlarında işləmək istəyəcəyi inandırıcı deyil:
“Elmi dərəcəsi olan şəxslər müsahibəsiz prokurorluq orqanlarına qəbul olunur. Amma onların sayı hədsiz azdır. 2023-cü ildə cəmi 99 nəfər fəlsəfə doktoru elmi dərəcə alıb. Hüquq sahəsində cəmi 4 nəfər dərəcə alıb. Bu dörd nəfər prokurorluq orqanlarında, yaxud digər güc strukturlarında işləmək istəyəcəkmi? Fəlsəfə doktoru adını alanlar daha çox filologiya, tarix, tibb, dəqiq elmlər və s. sahələrdədir. BDU-da cəmi 27 nəfər hüquq üzrə fəlsəfə doktoru çalışır, bu, çox azdır”.
Parlament sədri Sahibə Qafarova da deputata haqq verdiyini vurğulayıb:
“Sözlərinizdə həqiqət var, amma qanun 1-2 il üçün yazılmır. Ömürlükdür və lazım olduqca dəyişikliklər aparılır”.
Oxşar xəbərlər
Ötən il 526 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il ölkədə dosent adı alanların adı açıqlandı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti xarici dillər üzrə fəlsəfə doktoru imtahanı dekabrın 1-də keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
BŞTİ-də yeni kadr TƏYİNATI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda vergi işçiləri üçün elmi dərəcəyə görə əlavələrin məbləği müəyyən edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












