Seçki Məcəlləsinə deputatlığa namizədin seçki günü məntəqələrə daxil olmasını qadağan edən dəyişiklik təklif edilib
Seçki Məcəlləsinə deputatlığa namizədlərin seçki günü məntəqələrə daxil olmasını qadağan edən dəyişikliyin olunması təklif edilib.
“Report”un məlumatına görə, bu təkliflə deputat Aydın Mirzəzadə VII çağırış parlamentin payız sessiyasının sentyabrın 30-da keçirilən ilk plenar iclasında çıxış edib.
O, bu təklifini namizədlərin səsvermə zamanı bir çox qayda pozuntusuna yol verməkləri ilə əlaqələndirib.
“Seçki günü müşahidə etdik ki, bəzi namizədlər seçki məntəqələrində əvvəlcədən oturacaqlarını belə qoyub. Eyni zamanda, xuliqanlıq edən, rəqib namizədə qarşı zorakılıq edən, hətta məntəqə komissiyasının üzvlərini təhqir edənlər olub. Bu kimi hallar qəti yolverilməzdir”, - A.Mirzəzadə əlavə edib.
Oxşar xəbərlər
36 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılması təklif edilib
Deputatlığa namizədlərin seçki dairələri üzrə siyahıları dərc olunub
70 saylı Neftçala Seçki Dairəsinin 6 məntəqəsinin nəticələri ləğv edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
