Mərkəzi Aran rayonlarında 27 Sentyabr - Anım Günü qeyd edilib
Ölkənin Mərkəzi Aran rayonlarında 27 Sentyabr - Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
”Sizinxeber.az”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir, Ağsu, Göyçay və Ağdaş rayonlarında təşkil olunan tədbirlərdə rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, təşkilat və müəssisələrdə çalışanlar, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirlər çərçivəsində adları çəkilən rayonlarda Şəhidlər xiyaban ziyarət olunub, şəhidlərin məzarı önünə tər çiçəklər düzülüb, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan qəhrəmanların ruhuna dualar oxuyublar. Həmçinin Anım Günü ilə bağlı ağacəkmə aksiyaları keçirilib.
Eyni zamanda, qeyd olunan rayonlarda saat 12:00-da Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Oxşar xəbərlər
Sumqayıtda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Şimal-qərb rayonlarında 27 Sentyabr - Anım Günü qeyd olunub
Muğan zonasında 27 Sentyabr - Anım Günü qeyd edilib
Qərb zonasında 27 Sentyabr - Anım Günü qeyd olunub
İkinci Şəhidlər Xiyabanında antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların anım tədbiri keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
