Qərb zonasında 27 Sentyabr - Anım Günü qeyd olunub
Ölkənin qərb bölgəsindəki şəhər və rayonlarda 27 Sentyabr- Anım Günü qeyd edilib, şəhidlərin xatirəsi anılıb.
"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, Gəncə, Naftalan şəhərlərində, həmçinin Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarında Anım Gününə həsr olunmuş tədbirlər keçirilib, Şəhidlər xiyabanları ziyarət edilir.
Şəhid ailələrinin üzvləri, qazilər, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsini hörmətlə anaraq onların ruhuna dualar oxuyublar, məzarları üzərinə gül dəstələri düzüblər.
Qeyd edək ki, bu gün saat 12:00-da ölkənin hər yerində olduğu kimi, Qərb bölgəsində də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Oxşar xəbərlər
Sumqayıtda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şimal-qərb rayonlarında 27 Sentyabr - Anım Günü qeyd olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda 27 Sentyabr - Anım Günü qeyd edilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in qurumlarında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vətən müharibəsi şəhidlərinin Anım Gününə hazırlıq işləri yekunlaşıb - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












