Nərimanov rayon prokurorluğunun yeni inzibati binasının açılışı olub
Bakı şəhər Nərimanov rayon prokurorluğunun sentyabrın 20-də yeni inzibati binası istifadəyə verilib.
Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, açılış mərasiminə Baş prokurorluğun rəhbərliyi, prokurorluq əməkdaşları, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, həmçinin digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşları və media nümayəndələri qatılıb.
Tədbiri giriş sözü ilə açan Baş prokuror qeyd edib ki, milli prokurorluq orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olub.
Nərimanov rayon prokurorluğunun inzibati binasının istifadəyə verilməsi çox əlamətdar bir günə-Dövlət Suverenliyi Gününə təsadüf etdiyini qeyd edən Baş prokuror 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin edildiyini, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz və suverenliyimizin xalqımızın milli sərvəti olduğunu diqqətə çatdırıb.
Prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü ərəfəsində daha bir yeni inzibati binanın istifadəyə verilməsini Prezident cənab İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi daimi diqqət və qayğısının göstəricisi olduğunu vurğulayan Baş prokuror dövlətə və dövlətçiliyə sadiq olan prokurorluq orqanlarının fəaliyyətində qanunçuluğu rəhbər tutduğunu qeyd edib.
Daha sonra iştirakçılar Nərimanov rayon prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olub, prokurorluq orqanlarının istifadəsinə verilmiş, müasir standartlara cavab verən və kriminalistik avadanlıqlarla təchiz olunmuş yeni inzibati binaya baxış keçirib.
Oxşar xəbərlər
Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəki Rayon Prokurorluğunun yeni inzibati binasının açılışı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prokurorluq orqanlarının yaranmasından 105 il ötür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prokurorluq Şəkidə “Açıq qapı günü” təşkil edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












