sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Cəlilabadda əhalinin sayı 1,1 faiz artıb
Cəlilabad rayonunda ötən illə müqayisədə əhalinin sayında artım olub.
"Report"un Muğan bürosunun məlumatına görə, 2024-cü ilin yanvar-avqust aylarında əhalinin sayı 218,4 min nəfərə çataraq 2023-cü ilin müvafiq dövrünə nisbətən 2,1 min nəfər və yaxud 1,1 faiz artıb.
Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 151,5 nəfər olub.
Əhalinin ümumi sayının 26,7 faizini və ya 58,3 min nəfərini şəhər, 73,3 faizini və ya 160,1 min nəfərini kənd sakinləri təşkil edir.
Ümumi əhalinin 51,2 faizini və ya 111,9 min nəfəri kişilər, 48,8 faizini və ya 106,5 min nəfəri qadınlardır.
Oxşar xəbərlər
Cəlilabadda ötən illə müqayisədə əhalinin sayında artım olub
İmişlidə ötən illə müqayisədə əhalinin sayında artım olub
Biləsuvarda əhalinin sayı əvvəlki illə müqayisədə artıb
Neftçalada ötən illə müqayisədə əhalinin sayında artım olub
Azərbaycanda əhalinin sayı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













