Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib - FOTO
sizinxeber.az xəbər saytı

Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib - FOTO


Xocalı rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.

Qeyd edilən ərazi məişət tullantılarından təmizlənib, bu istiqamətdə tədbirlər davam etdirilir.

"Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır".

Oxşar xəbərlər

Sanitariya-gigiyena qaydaları ilə bağlı tədbirlər gücləndirilib
Şuşa və Xankəndidə sanitariya-gigeyina qaydaları ilə bağlı 46 nəfər barəsində tədbir görülüb - VİDEO
Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirir
Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirir - FOTO
Separatçılar bütün təkliflərimizi rədd edir - Bakı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər