Qırğızıstanlı müşahidəçi: “Azərbaycanda seçicilər istədikləri namizədə sərbəst şəkildə səs verirlər”
sizinxeber.az xəbər saytı

Qırğızıstanlı müşahidəçi: “Azərbaycanda seçicilər istədikləri namizədə sərbəst şəkildə səs verirlər”


Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində qanunla nəzərdə tutulmuş bütün qaydalara yüksək səviyyədə riayət olunur.

Bunu "Report"a açıqlamasında Azərbaycanda parlament seçkilərini müşahidə edən Qırğızıstan Mərkəzi Seçki Komissiyasının üzvü Anar Dubanbayeva deyib.

"Azərbaycana gələndən artıq 5 seçki məntəqəsində müşahidələr aparmışıq. Bu seçki məntəqələrində ancaq yüksək təşkilatçılıq gördük. Seçicilər istədikləri namizədə sərbəst şəkildə səs verirlər. Biz bu seçkilərdə yüksək təşkilatçılığı müşahidə etdik", - A. Dubanbayeva vurğulayıb.

Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır.

Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

Oxşar xəbərlər

Bu gün Azərbaycanda səsvermə günüdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan XİN rəhbəri seçici hüququndan istifadə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qırğızıstan MSK-sının sədr müavini: "Azərbaycanda seçkilərdə hər hansı saxtakarlıq hallarının olması mümkün deyil" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Gömrük Komitəsinin sədri seçici hüququndan istifadə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məntəqə sədri: Səsvermənin gedişində heç bir pozuntu halları qeydə alınmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər