MSK sədri: Veb-kameralar məntəqələrdəki prosesləri izlənilməsi baxımından ən yüksək səviyyədədir
Veb-kameralar məntəqələrdəki prosesləri izlənilməsi baxımından ən yüksək səviyyədədir.
"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2008-ci ildən Azərbaycanda seçki məntəqələrinə veb-kameralar quraşdırılıb: "Demokratik, şəffaf, ədalətli seçkinin keçirilməsi üçün əlverişli mühit olmalıdır. Ona görə veb-kameraların quraşdırılması da prezidentin sərəncamı ilə ölkə büdcəsi hesabına həyata keçirildi. Buna görə də cənab prezidentə minnətdarıq".
MSK sədri bildirib ki, veb-kameralar quraşdırılan 1000 məntəqə ölkənin bütün coğrafiyasını əhatə edir: "Seçki məntəqələrinə veb-kameraların quraşdırılması işinə üç qurum - MSK, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti həyata keçirir. Seçki günü bütün proseslər kameralar vasitəsilə qeydə alınacaq. Heç bir icazə və qeydiyyat olmadan bütün dünyadan həmin kameralar vasitəsilə seçki prosesini izləmək mümkündür".
Oxşar xəbərlər
MSK sədrinin müavini: Veb-kameralar 119 seçki dairəsini əhatə edir
Şəffaflıq baxımından bizim göstəricilər beynəlxalq standarlara uyğundur
Nəsimi-Binəqədi seçki dairəsinin 27 saylı seçki məntəqəsinin 22 seçicisi daşınar seçki qutusu vasitəsilə səs verəcək
Məzahir Pənahov məntəqə seçki komissiyalarına xəbərdarlıq edib
İlham Əliyev 92,12 % səslə qalib oldu - MSK-dan yekun nəticə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













