Ağstafada maye qazdoldurma məntəqəsində təhlükə yarada biləcək pozuntular aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi maye qazdoldurma məntəqəsində tutumun istismarını dayandırıb.
Bu barədə “Sizinxeber.az”a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, agentliyin müfəttişləri tərəfindən Ağstafa rayonunun Xətai kəndində fəaliyyət göstərən “Toğrul” kiçik müəssisəsinə məxsus maye yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində 1 ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrinin aparılmadığı, nəzarət-ölçü cihazlarının və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, tutumun istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Oxşar xəbərlər
FHN Tovuzda yanacaqdoldurma məntəqələrinin istismarını dayandırıb - FOTO - VİDEO
FHN bu yanacaqdoldurma məntəqəsini bağladı - FOTO/VİDEO
FHN paytaxtda çoxmərtəbəli binanın liftinin istismarını dayandırıb - VİDEO
Horadizdə insan həyatına təhlükə yaradan avtokranın fəaliyyəti dayandırılıb
FHN Bakıda qəzalı vəziyyətə düşən çoxmərtəbəli binanın liftinin istismarını dayandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













