İşğaldan azad olunmuş torpaqlarda xeyli sayda silah-sursat aşkar olunub
İşğaldan azad olunmuş torpaqlarda xeyli sayda silah-sursat aşkar olunub.
Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, həyata keçirilən tədbirlərlə 10-16 avqust tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 8 avtomat silahı, 2 tapança, 8 tüfəng, 29 qumbara, 24 alışdırıcı, 2 mərmi, 15 süngü-bıçaq, 131 patron darağı, 3480 ədəd müxtəlif çaplı patron və digər sursatlar tapılıb.
Eyni zamanda Kəlbəcər rayonu ərazisindən 1 avtomat silahı, 6 qumbara, 1 süngü-bıçaq, 4 patron darağı, 417 ədəd müxtəlif çaplı patron, Xocalı rayonu ərazisindən 1 avtomat, 1 tapança, 2 tüfəng, 3 mərmi, 1 qumbara, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron, Cəbrayıl rayonu ərazisindən 1 avtomat silahı, 1 tüfəng, 3 paatron darağı və 112 ədəd müxtəlif çaplı patron, Xocavənd rayonu ərazisindən 2 avtomat silahı, 1 süngü-bıçaq, 4 patron darağı və 102 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Bildirilib ki, işğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.
Oxşar xəbərlər
Həftəsonu vətəndaşlardan 25 silah və 3 qumbara götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidən son bir həftə ərzində 38 avtomat, 69 qumbara aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xankəndidə 5 avtomat, 8 qumbara aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Son bir həftədə azad olunan ərazilərdə aşkarlanan silah-sursatların sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad olunan ərazilərdən xeyli silah-sursat aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












