Prezident İlham Əliyev DSX-nin şəhid hərbi qulluqçularını təltif edib
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev DSX-nin şəhid hərbi qulluqçularını təltif edib


Prezident İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) üç əməkdaşını təltif edib.

“Report” xəbər verir ki, dövlət başçısı Vətən müharibəsində şəhid olan gizir Əliyev Rüfət Fizuli oğlunu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, bu il iyun ayında Laçında ildırım vurması nəticəsində həlak olan mayor Baxışlı Baxış Elşən oğlunu “Vətən uğrunda” medalı ilə və onun əsgəri Nağıyev Əli Elşən oğlunu isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edib.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında" Sərəncam imzalayıb.

Oxşar xəbərlər

Dövlət Sərhəd Xidmətinin bir qrup hərbi qulluqçusu təltif olunub - SƏRƏNCAM
Prezident Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularını təltif edib - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər