Təsərrüfat Birliyi: Yol hərəkət nişanlarının görünməsinə mane olan ağaclar budanır
Bakıda ağacların inkişaf dövründə onların budaqları yaxınlıqda quraşdırılan bəzi işiqfor və yol nişanlarının görünməsinə maneə yaratdığı üçün budanır.
"Report" xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin yaşıllaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində şəhərin park və istirahət bağları, küçə və yol kənarlarında mövcud ağaclara gündəlik qulluq göstərilir, mütəmadi olaraq ağacların qurumuş, təhlükə yaradan budaqları budanır, sınmış və qurumuş ağacların yerinə yeniləri əkilir, gündəlik suvarılma işləri həyata keçirilir:
"Yaz-yay aylarında küçə və yol kənarlarındakı ağaclarda böyük inkişaf var. Ağacların inkişaf dövründə ağacların budaqları yaxınlıqda quraşdırılan bəzi işiqfor və yol nişanlarının qarşısını örtür, bu da öz növbəsində sürücülər və piyadalar üçün müəyyən çətinliklər yaradır. Bununla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən şəhərdə mütəmadi olaraq monitorinqlər keçirilir, problemli ünvanlar müəyyənləşdirilir və Birliyin əməkdaşları tərəfindən həmin ünvanlardakı ağaclar budanaraq işıqfor və yol nişanlarının görünməsinə mane olan hallar aradan qaldırılır".
Qeyd edilib ki, bu daimi prossesdir və yaşıllıqlar il boyu inkişaf etdiyindən belə hallar qaçılmazdır:
"Buna görə də Yaşıllaşdırma Təsərüffat Birliyi aidiyyəti qurum və ictimai nəqliyyatın balans daşıyıcılarına müraciət edərək paytaxtın müxtəlif ərazilərində bu kimi hallarla rastlaşdıqda, Birliyə müraciət etmələrini xahiş edir", - məlumatda vurğulanıb.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
