Kəlbəcərdə inşa olunan 4-cü yaşayış kompleksində 26 binanın inşası planlaşdırılır
sizinxeber.az xəbər saytı

Kəlbəcərdə inşa olunan 4-cü yaşayış kompleksində 26 binanın inşası planlaşdırılır


Kəlbəcər şəhərində inşa olunan 4-cü yaşayış kompleksində 26 binanın inşası planlaşdırılır.

“Report”un Qərb bürosunun xəbərinə görə, bu barədə Prezidentin izi ilə Kəlbəcərə təşkil olunan mediaturda məlumat verilib.

Bildirilib ki, bu yaşayış kompleksinin ərazisi 10 hektara yaxın olacaq. Buraya ümumilikdə 807 ailənin köçürülməsi nəzərdə tutulur. Yaşayış kompleksində 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı, 82 dördotaqlı olmaqla 807 mənzil inşa ediləcək. Kompleksdə 4 mərtəbəli 26 binanın inşası planlaşdırılır. Binaların 1-ci mərtəbəsində məişət və ticarət obyektləri yaradılacaq.

Yaşayış kompleksində sakinlərin rahatlığı və asudə vaxtlarının səmərəli təşkili üçün idman meydançaları, velosiped yolları salınacaq, istirahət guşələri, söhbətgahlar, uşaqlar üçün oyun guşələri inşa olunacaq. Binaların hamısı daimi su, elektrik enerjisi və yüksəksürətli internetlə təchiz ediləcək. Ərazidə, həmçinin geniş miqyasda yaşıllıq zonalarının salınması nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

Oxşar xəbərlər

Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməli qoyulub - YENİLƏNİB
Kəlbəcər şəhərindəki 4-cü yaşayış kompleksinə 807 ailə köçürüləcək
Prezident İlham Əliyev Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub - YENİLƏNİB
Prezident Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanış olub - YENİLƏNİB
Kəlbəcərdə inşa edilən yaşayış kompleksinə birinci mərhələdə 201 ailə köçürüləcək - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər