Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
sizinxeber.az xəbər saytı

Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib


Azərbaycanın Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutduğu elektrik avadanlıqlarından ibarət yükün növbəti hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb.

"Report"un yerli bürosu xəbər verir ki, yardımın göndərilməsi Prezident İlham Əliyevin Sərəncamına əsasən, Energetika Nazirliyi təmin edir.

Məlumata görə, humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir. Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi 10 yük avtomobilindən ibarət karvanla yola salınıb. Ukrayna tərəfinin müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissəsinin də yaxın günlərdə yola salınması planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Hazırkı müharibə şəraiti ilə əlaqədar olaraq, Azərbaycanın Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 44 milyon ABŞ dollarını keçib.

Oxşar xəbərlər

Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib
Azərbaycandan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım yola salınıb
Humanitar yardımın növbəti hissəsi Azərbaycandan Ukraynaya yola salınıb - FOTO - VİDEO
Şöbə müdiri: Azərbaycandan Ukraynaya daha 17 transformator və 52 min metrdən çox kabel göndərilib
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər