Ali Məhkəmə xidmət haqqına görə lift qadağasını dayandırıb
sizinxeber.az xəbər saytı

Ali Məhkəmə xidmət haqqına görə lift qadağasını dayandırıb


Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası çoxmənzilli yaşayış binalarında liftdən istifadəyə məhdudiyyətin tətbiq edilməsi qaydalarına dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

"Sizinxeber.az"un xəbərinə görə, məhkəmə mübahisəsi ondan ibarət olub ki, cavabdeh MMC ilə çoxmənzilli yaşayış binasının sakinləri arasında binaya xidmətlərin göstərilməsinə dair müqavilələr bağlanıb, həmin müqavilədə MMC istifadəçilərə kommunal xidmətlər göstərməyi, habelə çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olunmasına yönələn digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürüb. Həmçinin, MMC tərəfindən binadakı liftlərdən kartla istifadə sistemi tətbiq edilib.

Sakinlərdən bir neçəsi xidmət haqqının ödəməməsi səbəbilə MMC tərəfindən liftdən istifadə kartlarının deaktiv edilməsinin qadağan edilməsi barədə iddia qaldırıblar.

Ali Məhkəmənin mübahisə ilə bağlı mövqeyi ondan ibarət olub ki, liftlər bina sakinlərinin ümumi paylı mülkiyyətində olmaqla, bu hüquq mütləq deyil, bina sakinlərinin ümumi yığıncağının qərarı ilə və ya tərəflər arasında bağlanmış müqavilə ilə məhdudiyyətlərə məruz qala bilər.

Baxılan işdə tərəflər arasında bağlanmış xidmət müqaviləsində belə bir məhdudlaşdırıcı əsas mövcud deyil, eyni zamanda mübahisəli çoxmənzilli binaların idarəetmə orqanı olan sahə mülkiyyətçilərinin ümumi yığıncağının da liftdən istifadəyə məhdudiyyətin tətbiq edilməsi ilə bağlı qərarı yoxdur.

Belə olan halda cavabdeh MMC-nin iddiaçıların liftdən istifadələrinə xidmət haqqının ödənilməsinə görə məhdudiyyət (kartın deaktiv edilməsi) tətbiq etməsi onların mülkiyyət hüququna müdaxilədir və Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən iddiaçıların bu müdaxilədən müdafiə hüquqları vardır.

MƏLUMAT YENİLƏNİR ...

Oxşar xəbərlər

Ali  Məhkəmə inzibati mübahisələrə dair işlərlə bağlı qərar qəbul edib
Alimentin ödənilməsi ilə bağlı prosedur sadələşdirildi
Məhkəmə mənzillə bağlı ər-arvad mübahisəsinə dair qərar verib
Ali Məhkəmə vərəsələr arasındakı mübahisəyə dair mühüm qərar qəbul edib
Ali Məhkəmə alimentin ödənilməsi ilə bağlı proseduru sadələşdirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle