Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib.
Bu barədə "Sizinxeber.az"a Daxili İşlər Nazirliyindən məlumata verilib.
Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Lada” markalı, 99-PD-057 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fariz İsmayılov saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı F.İsmayılovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.İsmayılovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 60 gün inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib - VİDEO
Bakıda narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib
Yeddi min manat cəriməsi olan sürücü saxlanılıb, məhkəmə qərarı ilə həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













