Ballıca kəndinə növbəti köç karvanı yola salınıb
sizinxeber.az xəbər saytı

Ballıca kəndinə növbəti köç karvanı yola salınıb


Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.

"Sizinxeber.az"un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə doğma yurdlarına 62 nəfərdən ibarət 17 ailə göndərilib.

Kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 50 mindən çox insan yaşayır.

Oxşar xəbərlər

Böyük Qayıdış: Sarıcalı və Ballıca kəndlərinə növbəti köç karvanı yola salınıb
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınacaq
Ağdamın Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb
Şuşa şəhərinə növbəti köç karvanı yola salınacaq
Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər