Şuşa şəhərinə növbəti köç karvanı yola salınacaq
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Şuşa şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınacaq.
“Report” xəbər verir ki, bu mərhələdə şəhərə 48 ailə - 164 nəfər köçürüləcək.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 30 minə yaxın insan yaşayır.
Oxşar xəbərlər
Növbəti köç karvanı Cəbrayıl şəhərinə yol salınıb
Daha 200 sakin Cəbrayıl şəhərinə qayıdır
Cəbrayıla növbəti köç yola salınıb - FOTO
Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİB
Cəbrayıla köçən daha 40 ailəyə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Expressbank"ın xalis mənfəəti azalıb - Hesabat
-
"Expressbank"da fiziki şəxslərin depozit portfeli 33 % artıb
-
Gürcüstan Davos İqtisadi Forumunda iştirak etməyəcək
-
BSM aktrisa Çimnaz Sultanovanın xəstəliyi ilə bağlı açıqlama yayıb
-
Rəqəmsal hökumət arxitekturası hazırlanacaq
-
Portuqalya millisinin və “Real”ın sabiq futbolçusu qanunsuz biznes açmaqda ittiham olunur