Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşü regional sülhə doğru mühüm addım hesab oluna bilər - RƏY
Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə keçirilən görüşü regional sülhə doğru mühüm addım hesab oluna bilər.
Bunu "Sizinxeber.az"a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli deyib.
O qeyd edib ki, görüş eyni zamanda Cənubi Qafqazda uzun müddətdir gözlənilən sülh gündəliyinin irəli aparılması baxımından mühüm əhəmiyyət daşıyır:
"Sülh müqaviləsinin yekunlaşdırılması üçün isə bir sıra zəruri addımlar atılmalıdır. Azərbaycan sülh müqaviləsinin imzalanmasını regionun sabitliyi və davamlı inkişafı üçün zəruri hesab edir. Ermənistan isə daxili siyasi təzyiqlərə baxmayaraq, prosesin irəliləməsində konstruktiv mövqe nümayiş etdirməyə cəhd göstərir. Görüşdə əldə olunan razılaşmaların konkret nəticələr verməsi üçün isə Ermənistan hakimiyyətinin siyasi iradə nümayiş etdirməsi, bu ölkənin hüquqi-normativ aktlarından qaynaqlanan maneələri və digər kənar təsir mexanizmlərinin təzahürlərini aradan qaldırması zəruridir.
Bütün hallarda, Əbu-Dabidə keçirilən görüş Azərbaycanın müstəqil və praqmatik xarici siyasətinin uğuru, Ermənistanın konstruktiv yanaşma göstərmək cəhdi hesab oluna bilər".
Deputat düşünür ki, Əbu-Dabi görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanması istiqamətində atılmış müsbət addım kimi qiymətləndirilir:
"Bu görüş təkcə iki ölkə arasında deyil, ümumilikdə Cənubi Qafqaz regionunda sabitliyi, təhlükəsizliyi təmin etmək və iqtisadi əməkdaşlığın təməlini qurmaq üçün diplomatik fürsət hesab oluna bilər".
Oxşar xəbərlər
Deputat: Əbu-Dabi görüşü sülh prosesində pozitiv dinamika hesab oluna bilər
Deputat: Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi kənar müdaxilələr olmadan da mümkündür
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Ovannisyan: Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb

