Vilayət Eyvazov İsmayıllıda vətəndaş qəbulu və sıra baxışı keçirib
Daxili işlər naziri Vilayət Eyvazov İsmayıllı rayonunda növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib.
Sizinxeber.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yanvar ayının 7-də və 8-də İsmayıllı Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
Nazir əvvəlcə İsmayıllı rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Sonra İsmayıllı Rayon Polis Şöbəsində İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan şəhər və rayonlarından qəbula gələn 294 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Daxili işlər naziri general-polkovnik V.Eyvazov qeyd olunan rayonların polis rəislərinə ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə daha səmərəli tədbirlərin tətbiqi, vətəndaşların müraciətlərinə operativ və obyektiv baxılmasına dair tapşırıqlarını verib.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Vətən müharibəsinin 23 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 196 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Oxşar xəbərlər
Vilayət Eyvazov Balakəndə qəbul və sıra baxışı keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vilayət Eyvazov Gəncədə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vilayət Eyvazov İsmayıllıda vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Daxili işlər naziri Oğuzda vətəndaş qəbulu və sıra baxışı keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












