Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirildi
sizinxeber.az xəbər saytı

Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirildi


Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Xankəndi şəhərində, Xocalı və Ağdərədə dövlət orqanlarına məxsus inzibati binaların qarşısında ucaldılan dövlət bayrağımız yarıyadək aşağı endirilib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, bu gün saat 17.00-da isə Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.

Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.

Oxşar xəbərlər

Dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident və birinci xanım Xocalı soyqırımı abidəsini ziyarət ediblər - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident və birinci xanım Xocalı soyqırımı abidəsini ziyarət ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan XİN Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı bəyanat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın Sloveniyadakı səfiri Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle