Türkiyənin vitse-prezidenti: Ümid edirəm ki, Milli Məclisə keçirilən seçkilər regionda sülh və sabitliyə töhfə verəcək
sizinxeber.az xəbər saytı

Türkiyənin vitse-prezidenti: Ümid edirəm ki, Milli Məclisə keçirilən seçkilər regionda sülh və sabitliyə töhfə verəcək


Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Prezidenti İlham Əliyevi sentyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin nəticələri ilə bağlı təbrik edib.

AZƏRTAC xəbər verir ki, siyasətçi sosial şəbəkədə Azərbaycan liderinə ünvanlanmış təbrikini paylaşıb.

“Yeddinci çağırış Milli Məclisə seçkilərdə qalib gəlmiş Azərbaycan Prezidenti İlham Əliyevi və Yeni Azərbaycan Partiyasını ürəkdən təbrik edirəm. Parlament seçkilərinin 30 ildə ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində, o cümlədən Qarabağda keçirilməsi faktı sevindirici haldır. Ümid edirəm ki, dünən Milli Məclisə keçirilən seçkilər regionda sülhə və sabitliyə töhfə verəcək, Azərbaycan xalqının və bütün Türk dünyasının rifahına xidmət edəcək”, - deyə yazıda deyilir.

Oxşar xəbərlər

Türkiyənin vitse-prezidenti Azərbaycan liderini seçkilərdə YAP-ın qələbəsi münasibətilə təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə XİN Azərbaycanı təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə siyasətçiləri İlham Əliyevə uğurlar arzulayıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə lideri: Seçkilərin nəticələrinin qardaş Azərbaycan xalqının rifahına xidmət edəcəyinə ümidvaram [xfgiven_updateblue][/xfgiven_updateblue]
BP-nin regional prezidenti Azərbaycan liderini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər