Rusiyada “Səs” şousunun azərbaycanlı iştirakçısı saxlanılıb
Rusiyada “Səs” şousunun azərbaycanlı iştirakçısı Emil Kadırov saxlanılıb.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Kadırov "Puşkin kartı" federal proqramı ilə 1,3 milyon rubl məbləğində dələduzluqda şübhəli bilinir.
İstintaqın versiyasına görə, 31 yaşlı Kadırov tanışı, "Eldar" kino-konsert zalının bədii rəhbərinin müavini işləyən Yelena Qurko ilə birgə hərəkət edib. İlkin məlumata görə, cütlük Emil üçün "Eldar" kino-konsert zalında saxta konsertlər təşkil edib, konsertə biletlər "Puşkin kartları" ilə satılıb. Həqiqətdə konsert keçirilməyib, amma kino-konsert zalına büdcədən pul köçürülüb.
Dövlət büdcəsinə dəyən ümumi zərərin təxminən 1,3 milyon rubl olduğu bildirlib.
Səlahiyyətli orqanlar müğənninin konsertlərinə dövlət hesabından şübhəli şəkildə külli miqdarda pul xərcləndiyini görəndən sonra onunla maraqlanıblar.
Faktla bağlı Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsində xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi açılıb.
Oxşar xəbərlər
Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar Hacı Xanməmmədovun mahnılarından ibarət konsert olub
Gülüstan Əliyeva Gəncə Dövlət Filarmoniyasında solo konsert verib - FOTO
Rusiyada azərbaycanlı hüquqşünas Elman Paşayevə qarşı xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürülüb
Gəncə Filarmoniyasında Arif Məlikovun mahnılarından ibarət konsert olub
Gəncə Dövlət Filarmoniyasında Səid Rüstəmovun mahnılarından ibarət konsert olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









