Sabahdan CineMastercardda “Akıllı Tavşan Momo: Büyük Takip” cizgi filminin nümayişi başlayır
CineMastercard premium kinoteatrlar şəbəkəsi avqustun 21-dən etibarən türk istehsalı olan “Akıllı Tavşan Momo: Büyük Takip” animasiya macəra filminin eksklüziv nümayişinə başlayır.
"Sizinxeber.az" xəbər verir ki, Mahmut Hasanın rejissoru olduğu cizgi filmində baş rolları Hakan Coşar, Yaprak Onat və Sinan Pekinton səsləndirib.
Ekran işinin məzmununa gəlincə, sehrli və musiqili meşədə bayram sevinci yaşanır və heyvanlar uzun zamandır gözlədikləri tədbirə hazırlaşır. Lakin əyləncə yarımçıq qalır, çünki nadir istedada - skripka çalmaq bacarığına malik Yuimini insanlar qaçırılır. Məlum olur ki, o, ekzotik heyvanların qeyri-qanuni alveri ilə məşğul olan təhlükəli dəstənin qurbanıdır. Onun köməyinə ağıllı və cəsur dostu - dovşan Momo gəlir. O, tərəddüd etmədən böyük və təhlükələrlə dolu şəhərə yola düşür. Yolda şəhəri yaxşı tanıyan küçə pişiyi - Kölgə ilə tanış olur.
Birlikdə Momo və Kölgə bir çox maneələri aşırlar: cinayətkarlarla qarşılaşır, digər heyvanları xilas edir, anbarlardan, zooparklardan, televiziya studiyalarından və hətta dəbdəbəli malikanələrdən keçirlər. Bu vaxt Yuimi televiziya ulduzuna çevrilmək üzrədir, onu xilas edə biləcək yeganə şey - möcüzədir.
“Ağıllı dovşan Momo: Böyük izləmə” bütün ailə üçün nəzərdə tutulmuş, parlaq hadisələrlə zəngin və dərin mənəvi mövzularla -dostluq, cəsarət və sədaqətlə dolu həyəcanverici macəra filmidir. Bu dəyərlər qəhrəmanlara hər cür çətinliyin öhdəsindən gəlməyə kömək edir.
Oxşar xəbərlər
“CineMastercard”da Türkiyə komediya filminin nümayişi başlayır
Ukrayna Xüsusi Əməliyyat Qüvvələri rusiyalı generalı ağır yaralayıb
Sabahdan CineMastercard kinoteatrlarında “Baldız” türk komediyası nümayiş olunacaq
Bu gündən “CineMastercard”da “Karantina” adlı türk filmi nümayiş olunacaq
CineMastercardda “Dayı: Bir Adamın Hikayesi 2” filminin aktyoru ilə görüş keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









