Bu gündən “CineMastercard”da “Karantina” adlı türk filmi nümayiş olunacaq
Yalnız “CineMastercard” premium kinoteatrlar şəbəkəsində bu gündən etibarən yazıçı Beyza Alkoçun eyniadlı əsəri əsasında çəkilən “Karantina” türk romantik dramının nümayişi başlayır.
"Sizinxeber.az" xəbər verir ki, Ahmet Topuzun rejissoru olduğu filmdə baş rolları Meltem Akçöl, Demirhan Demircioğlu, İlker Aksum və Onur Bay canlandırıb.
Ekran işi cinayət araşdırması zamanı bir-birilərinə aşiq olan cütlüyün hekayəsindən bəhs edir.
Belə ki, Zeynep yeni məktəbə getdiyi zaman başına nə gələcəyini bilməyən gənc qızdır. Məktəbin ilk günündə o, hadisələrin mərkəzinə düşür. Epidemiya səbəbi ilə karantin, qətl və Onura qarşı gözlənilməz sevgi... Epidemiyanın təsirindən yaranan çətinliklər gənclərin emosional sarsıntılarını daha da artırır. Bu proses sevgi və dostluğu sınaqdan keçirir.
Oxşar xəbərlər
"CineMastercard"da Hoakin Feniks və Ledi Qaqa ilə "Joker: İki nəfərlik dəlilik" filmi nümayiş olunacaq
Bakıda “Bir Cumhuriyet Şarkısı” tarixi dramının nümayişi baş tutacaq
Mart ayı bu 4 BÜRCƏ xoş günlər vəd edir - Sevgi, pul, hətta TOY
“Qarabağda 44 gün” - “Haber Global”ın SƏNƏDLİ FİLMİ + VİDEO
Prezident: Türk dünyasının gücləndirilməsi Türk Dövlətləri Təşkilatını böyük güc mərkəzinə çevirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









