Audiovizual Şura "Matç TV"nin yayımının dayandırılmasının səbəbini açıqlayıb
Bir sıra idman telekanallarının ("Matç TV! Futbol 1", "Matç TV! Futbol 2", ""Matç! Futbol 3", "Мatç! Premyera", "Мatç! İqra", "Мatç! Arena", "Мatç! Strana", "Мatç!") Azərbaycanda yayım hüququ yoxdur.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Audiovizual Şura "Matç TV"nin yayımının dayandırılmasının səbəbini açıqlayarkən bildirib.
Bildirilib ki, Şuraya multipleks və platforma operatorlarının retranslyasiya paketlərindən adları çəkilən telekanalların çıxarılması ilə bağlı müraciətlər daxil olur:
"Həmin kanallarda yayımlananan bir sıra beynəlxalq idman yarışlarının Azərbaycanda müstəsna yayım hüququ bir sıra yerli yerüstü və platforma yayımçıları tərəfindən alınmış və onların televiziya kanallarında həmin yarışlar təqdim olunur. Müstəsna və qeyri-müstəsna yayım hüququ əldə etmiş yayımçıların Audiovizual Şuraya etdikləri müraciətlərdən, habelə hazırda davam edən məhkəmə proseslərindən də aydın olur ki, "Matç TV" kanallarının Azərbaycandakı faktiki olaraq "pirat" yayımı onların qanunla qorunan mənafelərinə və iqtisadi potensialına ciddi ziyan vurur. Ümumiyyətlə, xarici televiziya kanallarının Azərbaycanda operatorlar tərəfindən qanunsuz (icazə və ya razılaşma olmadan) retranslyasiyası ölkəmizin də bu sahədə imicinə ciddi xələl gətirir".
Xatırladaq ki, Şura mayın 13-də bir daha multipleks və platforma operatorlarına rəsmi müraciət edərək retranslyasiya paketlərində "pirat" kanalların (o cümlədən, yuxarıda adları çəkilən idman kanallarının) yayımını dayandırmağı tələb edib və iyunun 1-dən bu tələbə riayət etməyən operatorlara qarşı qanuna uyğun tədbirlərin görüləcəyini bildirib.
Oxşar xəbərlər
Xarici TV-ləri yayımlayan operatorların monitorinqinə başlanılıb, "ATV Plus"la bağlı iş məhkəməyə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Audiovizual Şura: Bəzi kanallarda işarət dili test olaraq yayımlanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Audiovizual Şura yayım şirkətini 5 min manat cərmələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Audiovizual Şura yayım şirkətini 5 min manat cərimələyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Audiovizual Şura "ATV Plus" ilə bağlı məhkəməyə müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












