Bu gün ARB telekanalının 11 yaşı tamam olur
Bu gün ARB (Azerbaijan Republic Broadcaster) ümumrespublika televiziya kanalının 11 yaşı tamam olur.
“Sizinxeber.az” xatırladır ki, ARB televiziya şirkəti Milli Televiziya və Radio Şurasının 2014-cü ildə keçirdiyi tenderin nəticələrinə görə Azərbaycan üzrə yayım hüququ əldə edib.
ARB Azərbaycanda müstəqil regional telekanallar - "Kəpəz” TV (Gəncə), "ARB Şimal” (Xaçmaz), "ARB Cənub” (Lənkəran), EL TV (Yevlax), "Kanal-S” (Şəki) və "ARB 24”ün (Bakı) birgə yaratdığı ilk televiziya şəbəkəsidir.
ARB Bakı və Abşeron yarımadası ərazisində 37-ci tezlikdə (11 sektor) yayımlanır. Bölgələrdə isə yayım regional telekanalların - "ARB Kəpəz”, "ARB Şimal”, "ARB Cənub”, "ARB Aran” və "ARB Şəki”nin siqnalları vasitəsilə həyata keçirilir.
Telekanal açıq yayımla yanaşı, Azərbaycanın ilk peyki olan "Azerspace 1”in Avropa seqmentində, kabel televiziyası və internet şəbəkəsi vasitəsilə də yayımlanır.
Sosialyönümlü verilişlər, operativ informasiya proqramları, realiti-şoular, müxtəlif mövzulu gündüz proqramları ARB TV-nin yayım siyasətinin əsasını təşkil edir.
“Sizinxeber.az” İnformasiya Agentliyinin kollektivi ARB TV-də çalışan həmkarlarını təbrik edir, onlara müvəffəqiyyətlər arzulayır.
Oxşar xəbərlər
İctimai Radionun 19 yaşı tamam olur
İctimai TV 19 yaşını qeyd edir
"Səhiyyə TV"nin adı dəyişdirilib
ATV kanalı 23 yaşını qeyd edir
Qarabağ və Şərqi Zəngəzurda rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib, "Naxçıvan TV"yə peyk yayımı lisenziyası verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












