Turan İbrahimov: Televiziyada işləmək heç də filmlərdəki xəyallara bənzəmir
Televiziyada işləmək heç də asan məsələ deyil, filmlərdə gördüyünüz rəngbərəng xəyallara bənzəmir.
“Report” xəbər verir ki, bu fikri “Baku TV”nin İnformasiya proqramları və Qərbi Azərbaycan departamentinin rəhbəri, jurnalist Turan İbrahimov Report Media Məktəbinin tələbələri ilə görüşü zamanı bildirib.
Teleaparıcı TV layihələrin hazırlanma prosesi, peşəkar jurnalistikanın reallıqları, informasiya istehsalı prosesi və müasir auditoriyanın dəyişən maraqları barədə danışıb.
“Bu gün ənənəvi televiziyanın auditoriyasını, əsasən, 60-dan yuxarı yaşlı insanlar təşkil edir. Televiziya, sadəcə, bu nəsil üçün gündəlik informasiya və əyləncə mənbəyi olaraq qalmaqdadır. Gənclərə hesablanan və daha çox internetdən yayımlanan televiziya isə fərqli qaydalarla fəaliyyət göstərir”, - jurnalist vurğulayıb.
Teleaparıcı gənclərdə yaddaş itkisi problemi ilə bağlı fikirlərini də bölüşüb. O, əsas səbəblərdən biri kimi informasiya yükünün artmasını göstərib: "İnsan gündə onlarla qısa video, yazı və başlıq görəndə beyin onları strukturlaşdıra bilmir".
Turan İbrahimov 1981-ci ildə Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsində təhsil alıb. 1999-cu ildən jurnalist fəaliyyətinə başlayıb. “ABA”, “Space”, “ATV”, “Lider”, “ANS”, “ATV” telekanallarında çalışıb. "ATV səhər", "Space səhər", “Günəbaxan” kimi proqram və verilişlərdə aparıcı olaraq tanınıb. 2023-cü il mayın 1-dən “Baku TV”də İnformasiya proqramları və Qərbi Azərbaycan departamentinin rəhbəridir.
Foto: Zaur Məhərrəmov
Oxşar xəbərlər
"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Turan İnformasiya Agentliyi” kreditorlarına müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mixail Qusman: Blogerləri jurnalist saymıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
Jurnalist Şəmşad Ağa saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MEDİA və AzTV-nin birgə layihəsi olan "MEDİALAB” televiziya proqramına start verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












