Hərbi jurnalist Mübariz Aslanov Mətbuat Şurasında tələbələrlə görüşüb
sizinxeber.az xəbər saytı

Hərbi jurnalist Mübariz Aslanov Mətbuat Şurasında tələbələrlə görüşüb


Ukraynada müharibəni işıqlandıran hərbi jurnalist, “Sizinxeber.az” İnformasiya Agentliyinin, "Baku TV"nin Şərqi Avropa üzrə xüsusi müxbiri Mübariz Aslanov Mətbuat Şurasında tələbələrlə görüşüb.

Sizinxeber.az” xəbər verir ki, görüşdə Azərbaycan Mətbuat Şurasının icraçı katibinin müavinləri İlqar TağıyevFəridə Ağazadə, Sizinxeber.az Media Məktəbinin və Azərbaycan Dillər Universitetinin tələbələri iştirak ediblər.

Hərbi jurnalist təhlükəli şəraitdə obyektiv məlumat ötürməyin vacibliyindən və müharibə zonasında media etikası prinsiplərinin qorunmasının əhəmiyyətindən danışıb.

“Savaş dövründə ən vacib şərt sakitliyi qorumaq və təlaşa düşməməkdir", - M.Aslanov bildirib.

Xüsusi müxbir gənc jurnalistlərə öz tövsiyəsini də verib: "Hazırda dünyada müharibə əsasən informasiya mühitində baş verir. Gələcəkdə xarici ölkələrdə fəaliyyətə üstünlük verin, çünki Azərbaycanın həqiqətlərini dünyaya çatdırmalıyıq".

 Mübariz Aslanov
Mübariz Aslanov

Qeyd edək ki, aprelin 3-də Azərbaycan Mətbuat Şurası Mübariz Aslanovu Azərbaycan mediasını xarici ölkələrdə peşəkar səviyyədə təmsil etdiyinə, ekstremal zonalardan və müharibə bölgələrindən hazırladığı çoxsaylı reportajlarına görə diplomla təltif edib.

Mübariz Aslanov 1982-ci ildə Beyləqan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini 2005-ci ildə magistr səviyyəsində bitirib. 2005-2006-cı illərdə hərbi xidmətdə olub. 2008-ci ildən jurnalist fəaliyyətinə başlayıb. Azadinform İA, APA, “Sizinxeber.az” İA kimi media orqanlarında işləyib. 2019-2020-ci illərdə AzTV-nin mətbuat xidmətində çalışıb.

2021-ci ildən “Sizinxeber.az” İnformasiya Agentliyinin, "Baku TV"nin Şərqi Avropa üzrə xüsusi müxbiridir. Mübariz Aslanov Ukraynanın "Şərəf xaçı" medalı ilə təltif olunan ilk xarici jurnalistdir.

Oxşar xəbərlər

Bu il müharibə zonalarında 42 jurnalist öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda hərbi jurnalist vəfat edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azərbaycan İkinci Qarabağ müharibəsində medianın rolundan uğurla istifadə etdi” [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Hərbi jurnalist Rəşad Süleymanov” Media Mükafatı və Fəxri Diplomun növbəti dəfə təqdim edilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hərbi jurnalist Ədil Arifoğlu sabah İmişlidə dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər